QƏYSƏR II

qəysər olmax:
(Çənbərək, Ordubad)
soyuqdəymə nəticəsində xəstələnmək
QƏYSƏR
QƏYSƏVƏ
OBASTAN VİKİ
Abdullah II
II Abdullah (30 yanvar 1962[…], Amman) — İordaniyanın 4-cü Kralı.
Americas II
AMERICAS-II — Florida, ABŞ Vircin adaları, Puerto-Riko, Martinika, Kürasao, Trinidad və Tobaqo, Venesuela, Fransa Qvianası, Surinam, Qayana (Kayenna vasitəsilə) və Braziliya arasında telekommunikasiya əlaqələrini yaradan fiber optik sualtı kommunikasiya kabeli. Sistem 2000-ci ilin avqust ayından etibarən xidmətdədir və ümumi daşıyıcı bazasında fəaliyyət göstərir. AMERICAS-II hər biri saniyədə 2,5 giqabitlə (Gbit/s) işləyən, başlanğıcda ayrı-ayrı çökmüş halqa konfiqurasiyalarından ibarət üç bir-birilə bağlı halqadan (Şimal, Cənub və Qərb sistemləri) və Kürasao ilə Venesuela arasında hal-hazırda fəaliyyət göstərməyən xüsusi bağlantıdan təşkil olunmuşdur. Hər üç sistemdəki hər bir fiber cütlüyü 32 ölçülü saniyədə 155 meqabitlik (Mbit/s) OC-3 Əsas Sistem Modulundan (BSM) ibarətdir. BSM isə başlanğıcda 1008 MIUs həcmində olan 63 Minimum İnvestisiya Vahidindən (MIUs) təşkil olunmuşdur. Onun ilkin ümumi sürəti 40 Gbit/san olmuşdur. 2009-cu ildə bu göstərici 160 Gbit/san-yə, 2010-cu ildə isə bilinməyən səviyyəyə çatmışdır. == Keçdiyi nöqtələr == Fortaleza, Braziliya Kayenna, Fransa Qvianası Çaquaramas, Trinidad Kamuri, Venesuela Villemştad, Kürasao Le Lamentin, Martinika Sent-Krua, ABŞ Vircin adaları Miramar, San-Xuan, Puerto-Riko Hollivud, Florida, ABŞ == İstinadlar == == Həmçinin bax == Beynəlxalq sualtı kommunikasiya kabellərinin siyahısı == Xarici keçidlər == AMERICAS-II Cable Landing License as adopted by the Federal Communications Commission. Tyco International Ltd.
Bazel II
Bazel 2 İnkişaf etmiş dövlətlərin Mərkəzi Banklarının birlikdə təşkil etdikləri təşkilat olan Beynəlxalq Hesablaşmalar Bankı (BİS – "Bank for İnternational Settlements") 1974-cü ildə İsveçrənin Bazel şəhərində "Bazel Komitəsi"ni təsis etmişdir. Bu qurum 1988-ci ildə bankların iqtisadiyyatda baş verəcək böhranlara qarşı dayanıqlılığını təmin etmək üçün bankların məcmu kapitalının riskli aktivlərə nisbətinin 8%-dən az olmamasının vacib olduğunu elan etmiş və həmin il də "Bazel-I" Sazişi adı altında kapital adekvatlığı ilə bağlı beynəlxalq standartlar toplusu yayımlamışdır. Bu standartlar bankların əməl etmələri vacib olan kriteriyaları müəyyən edir. Sonrakı illərdə texnologiyanın da inkişafı ilə banklar fərqli risk mənbələrini daha effektiv şəkildə müəyyən edəbiləcək və bazarda risklərin həcminə görə İqtisadi Kapitalın Yayılması (Economic Capital Allocation) metodologoyasını istifadə edərək lazımi kapitalı ayırabiləcək səviyyəyə çatması və bazarda başverən böhranların nəticəsi olaraq, Bazel Komitəsi 1996-cı ildə yeni bir saziş üzərində işləməyə başladı. Yeni sazişin əsas məqsədi bank sektorundakı inkişafa uyğunlaşmaq və eyni zamanda, risklərə uyğun olaraq kapitalın yerləşdirilməsində banklar üçün əsas olan qanunları həyata keçirməkdən ibarətdir. İlk versiyası 1999-cu ildə tamamlanan "Bazel-II" sazişinin üçüncü (Basel 3rd Consultative Paper) versiyasının da 2003-cü ildə yayımlanması ilə yekunlaşma mərhələsinə çatmış və planlaşdırıldığı kimi 2007-ci ilin əvvəlindən etibarən icra edilməsinə başlanılmışdır. == Bazel 2" nədir ? == — Yeni Bazel Kapital Sazişi (Bazel 2), bankların kapital adekvatlığının ölçülməsi və qiymətləndirilməsi ilə bağlı Bazel Bank Nəzarəti Komitəsi (Basel Committee on Banking Supervision – BCBS) tərəfindən yayımlanan və yaxın zamanlarda bir çox dövlətlərdə tətbiq edilməsi gözlənilən standartlar toplusudur. — "Bazel 2" banklarda risklərin effektiv idarəedilməsini və bazar intizamını inkişaf etdirmək, kapital adekvatlılığının ölçülməsinin effektivliyini artırmaq və bunun əsasında sağlam bank sistemi qurmaq və maliyyə sabitliyinə yardım etmək üçün mühüm amildir. – "Bazel 2"-nin daxilində kapital öhdəliyinin necə hesablanacağı, məruz qalınan risklərin necə idarə olunacağı, kapital adekvatlığının necə qiymətləndiriləcəyi və ictimaiyyətə necə açıqlanacağı ilə bağlı göstərişlər mövcuddur.
Classics II
Dağ II
Dağ 2 və ya Dağ II — 2016 tarixli Türkiyə istehsalı ekşn, gərginlik və dram janrında olan film. Filmin yaradıcısı Alpər Çağlar-dır. 2012-ci ildə nümayiş olunan Dağ filminin davamıdır. 4 noyabr 2016 tarixində kinoteatrlarda təqdim olunmuşdur. İlk filmi 170 min lirəli (85 min manat) büdcəsi 10 qat çoxalaraq,1 milyon 700 lirə (850 min manat) olaraq təyin olunmuşdur. IMDb-də 10 üstündən 9.9 xal almışdır Filmdə Türkiyə Silahlı Qüvvələri-dən alınan həqiqi silahlar istifadə olunub. Türkiyədə 3 milyon 289 min 710 kişi tərəfindən baxılaraq 2016-cı ilinin ən çox baxılan kinosu olmuşdur. == Məzmun == Oğuz və Bəkİrin əsgərlik vaxtı bitməyə yaxınlaşmışdır. Bu ikili,Xüsusi Qüvvətlər Komandirliyinə müraciət etmək istəyirlər, lakin Bəkirin dizindəki zədə, Oğuzun çiynindəki çətinliyə görə alınmırlar. Bu vaxt birinci filmdə şəhid olan Yaşar Dəmirin yaxın yoldaşı Veysel Gökmusa danışmağa şahid olur və bu ikiliyə icazə verir.
Frans II
II Frans (alm. Franz II. Joseph Karl‎; 12 fevral 1768[…], Florensiya – 2 mart 1835[…], Vyana) — sonuncu Müqəddəs Roma İmperatoru (1792–1806) və I Frans kimi 1804–1835-ci illərdə Avstriyanın ilk İmperatoru idi .Napoleonun fransızların imperatoru kimi tacqoymasına cavab olaraq özünü ilk Avstriya İmperatorunu elan etdi. Napoleon Reyn Konfederasiyasını yaratdıqdan qısa müddət sonra Fransi Müqəddəs Roma İmperatoru kimi taxtdan əl çəkdi . O , Macarıstan , Xorvatiya və Bohemiya kralı idi . O, həm də Almaniya Konfederasiyasının ilk prezidenti kimi fəaliyyət göstərib. II Frans Napoleon müharibələrində Napoleon Fransasının rəqibi kimi aparıcı rolunu davam etdirdi və Austerlitzdən sonra daha bir neçə məğlubiyyətə uğradı. 1810-cu il martın 10 — da qızı Avstriyalı Mari Luiza ilə Napoleonla evlənməsi onun ən ağır şəxsi məğlubiyyəti idi.
II Aaron
II Aaron — Benjamin xaqanın oğlu X əsrin əvvəlləri boyunca Xəzər xaqanlığının hökmdarı. Kiyev knyazı I İqor Tmutarakana hücum etdiyi dövrdə, Bizans da rusların köməyi ilə Krımdakı Xəzər xaqanlığının torpaqlarına hücum etdi. Aaron rusların hücumlarının qarşısını almış və həmçinin əks hücumla Krımdakı Bizans ordusunu məğlub etmişdi. == Mənbələr == Иванов С. А. Древнеармянское житие Стефана Сурожского и хазары // Хазары . — М. — Иерусалим, 2005. ISBN 5-93273-196-6 Kevin Alan Brook. The Jews of Khazaria. 2nd ed. Rowman & Littlefield Publishers, Inc, 2006.
II Abbas
II Şah Abbas və ya Sultan Məhəmməd Mirzə (30 avqust 1632, Qəzvin – 26 oktyabr 1666, Damğan) — Səfəvi imperiyasının VII hökmdarı. Abbas Səfəvi hökmdarı I Səfi ilə çərkəz kökənli arvadı Anna Xanumun evliliyindən dünyaya gəlmiş, taxta çıxdığı zaman isə yalnız 9 yaşında olmuşdur. Buna görə də, onun adından hakimiyyəti atasının bir zamanlar baş vəziri olmuş Sarı Tağı icra etmişdir. Sarı Tağının naibliyi dönəmində Abbas o zamana qədər məhrum qaldığı əsilzadə təhsili almış, 1645-ci ildə, yəni hələ 15 yaşında ikən Sarı Tağını hakimiyyətdən uzaqlaşdıraraq real hakimiyəti öz əlinə alıb, saray bürökratiyasına öz adamlarını yerləşdirmişdir. Bununla da, onun mütləq monarxiyası başlamışdır. Abbasın hakimiyyəti dövrü sülh şəraiti və inkişafla xarakterizə edilir. O, bilərəkdən Osmanlı imperiyası ilə müharibədən imtina etmiş, şərq qonşuları olan özbəklərlə dostluq münasibətləri saxlamışdır. O, özünün hərbi bacarıqlarını və nüfuzunu Qəndəhar uğrunda Böyük Moğol imperiyası ilə aparılmış müharibə dövründə sübuta yetirməyi bacarmışdır. Onun istəyi ilə Səfəvi imperiyasının vassalı olan Kartli kralı Rüstəm xan Kaxetini 1648-ci ildə ələ keçirmiş, oranın üsyançı kralı I Teymuraz sürgünə getməyə məcbur olmuşdur. 1651-ci ildə I Teymuraz Rusiya çarlığının yardımı ilə öz taxtını geri qaytarmağa çalışsa da, ruslar Abbasın ordusu ilə yaşanmış münaqişə nəticəsində məğlub edilmişdir.
II Abdullah
II Abdullah (30 yanvar 1962[…], Amman) — İordaniyanın 4-cü Kralı.
II Abqar
II Abqar (e. ə. I minillik – e.ə. 53) — e.ə. 68—53-cü illərdə Edessanın hökümdarı. E.ə. 64-cü ildə II Abqar Şimali Mesopotamiyanın zəbt edilməsində Qney Pompeyin leqatı Lutsi Afraniyə kömək edərək Qədim Roma qoşunlarıyla ilə birləşmişdir. Fərziyələrdən birinə əsasən, e.ə. 53-cü ildə II Abqar triumvirat Mark Krassı ələ verdi, belə ki II Abqar Karr döyüşü zamanı onun qoşununu açıq sahəyə gətirdi və nəticədə romalılar məğlub oldular. Lakin Abqar döyüşün nəticəsindən heç bir xeyir görmədi, çünki elə həmən ildə Parfiya hökümdarı II Orod tərəfindən devrildi.
II Adrian
II Adrian (lat. Hadrianus II; 792, Roma, Frank dövləti – 14 dekabr 872, Roma, Müqəddəs Roma imperiyası) — 867–872-ci illərdə Roma Papası. Onun papalığı dövründə Qərb və Şərq kilsələri tərəfindən tanınan Ekumenik məclislərin sonuncusu baş tutmuşdur. == Həyatı == II Adrian 792-ci ildə Roma şəhərində anadan olmuşdur. O, Papa IV Stefan və II Serginin də üzvü olduğu zadəgan və nüfuzlu ailənin nümayəndəsi olmuşdur. Gəncliyində ailə qurmuş, hətta Müqəddəs Pyotr kafedrasına seçildikdən sonra da həyat yoldaşı və qızı ilə ayrılmamışdır. I Nikolayın (858–867) varisi olan II Adrianın pontifikatı Şərq və Qərb kilsələri arasında münaqişə illərinə düşmüşdür. 867-ci ildə Papa tərəfindən Konstantinopolda Foti və I Nikolayın tərəfdarları və davamçıları arasında kompromis tapmaq üçün Ekumenik məclis çağırılmışdır. Bu məclis Şərqdə Roma tərəfindən tanınan Ekumenik məclislərin sonuncusudur. 10 ildən sonra 383 yepiskop papa legatlarının iştirakı ilə onun qərarlarını ləğv etmişdir.
II Afonso
II Afonso (port. Afonso II de Portugal; 23 aprel 1185, Koimbra – 25 mart 1223[…], Koimbra) — Portuqaliya krallığının III kralı.
II Agesilay
II Agesilay (q.yun. Ἀγησίλαος, Agesilaos; e.ə. 444, Sparta, Peloponnes, Qərbi Yunanıstan və İon adaları – e.ə. 360, Kirena) — e.ə. 401-ci ildən Sparta padşahı, sərkərdə və diplomatı. İran ilə müharibələrdə bir neçə qələbə qazanmışdır. II Agesilay Yunanıstanda Spartanın hökmranlığını müəyyən müddətə bərpa etmişdi. == İstinadlar == == Əlavə ədəbiyyat == === Qədim mənbələr === Plutarch, Parallel Lives. Ksenofon, Hellenica. === Müasir mənbələr === Hans Beck & Peter Funke, Federalism in Greek Antiquity, Cambridge University Press, 2015.
II Aleksandr
II Aleksandr (rus. Алекса́ндр II Никола́евич;17 (29) aprel 1818, Kiçik Nikolayev sarayı[d] – 1 (13) mart 1881, Qış sarayı) — Romanovlar sülaləsinin üzvü, Rusiya imperiyasının XII imperatoru. II Aleksandr 1855-ci ildə atası I Nikolayın ölümünün ardından taxta çıxmış və 1881-ci ildə sui-qəsdlə öldürüləcəyi günə qədər hakimiyyətdə qalmışdır. II Aleksandr Rusiya imperiyasının XII İmperatoru olmaqla yanaşı III Polşa Çarı və III Finlandiya Knyazı titullarında daşıyırdı. Yenilikçi fikirlərə sahib olan Aleksandr bir necə mühüm islahatın və iqtisadi inkişafın əsas səbəbkarı hesab olunur. 1861-ci ilin 19 fevral tarixində təhkimçilik hüququnun ləğv edilməsi ilə bağlı fərman imzalaması ilə imperiyanın bütün hüdudlarında yaşayan milyonlarla kəndli azad edildi. Kəndlilərə torpaq sahələrinin ayrılması, onların hüquqlarının qorunması sahəsində əməli işlərin görülməsi nəticəsində əhali tərəfindən II Aleksandr Xilasedici Aleksandr (rus. Алекса́ндр Освободи́тель) olaraq adlandırıldı. Aleksandr tərəfindən inzibati-məhkəmə sisteminin yenidən təşkil edilməsi, ölüm hökmünün ləğv edilməsi, hər təbəqədən olan şəxslərin orduya cəlb edilməsi və dini-etnik icmaların üzərində təziqin adılması kimi mühüm reformlar keçirildi. Keçirdiyi reformlarla liberal imperator imiçini formalaşdıran II Aleksandr monarxiyanın mütləqiyyətinə də inanırdı.
II Alpin
Alpin mak Eoxayd (şot.kelt Alpin mac Echdach; 778 – 834) — Dal Riada kralı, I Kennet və I Donaldın atası. Onun adı anqlosaks Elfvin adından törəyib. == Həyatı == Bu dövrün Dal Riada kralların xronologiyası və genealogiyası tam dəqiq və faktiki formada hazırlanmayıb. "Olster annalları" və "İnişfallen annalları" kimi İrlandiya salnamələri kral I Kennetin atasının adını Alpin olaraq verirlər. "Alba krallarının salnaməsi" əsəri I Kennetlə başlayır, ancaq bəzi mənbələr ona istinad verirlər: "Piktlər onu darmadağın etdikdən sonra Alpin Qalloueydə ölmüşdür. Daha sonra şotlandlar krallığı piktlərin krallarığına asılı olmuşdur". II Alpin Dal Riada kralı IV Eoxaydın oğlu, Dal Riada kralı III Eoxaydın nəvəsi idi. Növbəti əsrlərdə Fordunlu Conun hazırladığı salnamə Kennetin atasını "Exeyin oğlu Alpin" adlandırır və 836-cı ildə piktlərlə vuruşduğu döyüşdə həlak olmasından bəhs edir. == Mənbə == === Ədəbiyyat === Anderson, Alan Orr. Early Sources of Scottish History A.D 500—1286, volume 1.
II Anastasi
Artemi II Anastasi (yun. Αρτέμιος Ἀναστάσιος Β; VII əsr – 1 iyun 719, Konstantinopol) — 713-715-ci illərdə hakimiyyətdə olmuş Bizans imperatoru. == Hakimiyyətə gəlməsi == Əsl adı Artemidir. Əvvəlki imperatorların hakimiyyəti dövründə saray məmurlarından olan Artemi əvvəlki imperator Filippik Vardanın katibi idi. Trakiyanı tutub Bolqarlar üzərinə gedən Bizans ordusu üsyan qaldıraraq Konstantinopola dönərək paytaxtı ələ keçirdir. İmperator Filippi taxtdan endirirlər. Onun katibi olan Artemini imperator elan edərək tacı ona təhvil verirlər. Artemi II Anastasi adı ilə imperator elan edilir.Ancaq, II Anastasi adına kəsilən sikkələrdə Artemios Anastasios adını yazdıraraq öz adından da istifadə etmişdir.Hakimiyyətə gələn kimi, keçmiş imperatora üsyan qaldıran ordu rəhbərlərini və üsyanın təşkilatçılarını edam etdirir. II Anastasinin hakimiyyəti dövründə Əməvilər xilafətinin Bizans İmperiyasının Anadolu torpaqlarına hücumları xeyli intensivləşdi. 714-cü ildə Ərəb ordusu Qalatiyaya qədər irəlilədi.
II Argişti
II Argişti — Urartu hökmdarı (e.ə. 714-685-ci illər). I Rusanın oğlu. == II Argiştinin hakimiyyəti == Assuriya ilə munaqişələr Urartunun siyasi dairəsini xeyli məhdudlaşdırırdı. II Argişti (e.ə. 714-685-ci illər) dövründə Urartu qonşu ölkələrdə siyasi mövqeyini itirmişdi və daha çox ölkənin daxili işləriylə məşğul idi. II Argişti ölkədə tikinti işlərinə diqqət yetirirdi. O, yəqin ki, ölkədə oxatma yarışları təşkil edirdi. Özü də mahir oxatan imiş. Bu haqda müvafiq abidə məlumat verir.
II Ariobarzan
II Ariobarzan — Atropatenanın Atropatidlər sülaləsindən olan hökmdarlarından biridir. Digər Atropatena hökmdarı I Ariobarzanın (I Arobarzan) oğludur. Şəxsi həyatı haqqında məlumatlar çox azdır. Məlumdur ki, Ariobarzan on ildən artıq Romada yaşamış, Roma tərbiyəsi almışdır. O, Romaya səmimi dostluq münasibətləri bəsləyirdi. Hakimiyyətinin ilk dövrlərində Atropatena xeyli zəifləyərək mövqeyini itirir. Hətta atası I Artavazdın dövründə idarəçiliyi Atropatenaya tapşırılmış Arminiya taxt-tacı da itirilmişdi. Lakin sonradan II Ariobarzanın yürütdüyü uğurlu siyasət nəticəsində Roma imperiyasının imperatoru Oktavian Avqust Ermənistan taxtını yenidən Atropatenaya hədiyyə edərək, Arminiyanın idarəsini Atropatenaya tapşırmışdır.
II Arslanşah
Arslanşah — Səlcuq şahzadəsi, Toğrul şahın ortancıl oğlu. == Hakimiyyəti == Hakimiyyəti qısa çəkmiş, 1177-ci ildə qardaşı Turanşaha məğlub olmuşdu.
II Artafern
II Artafern — fars qoşun başçısı, Lidiya satrapı Artafernin oğlu. I Daranın qardaşı oğlu. == Həyatı == Artafern Əhəmənilər İmperiyasının bir sıra hərbi yürüşlərində iştirak etmişdir. Mardoninin Elladaya uğursuz yürüyüşündən sonra e.ə. 492-ci ildə Datis ilə birlikdə yeni kampaniyanın rəhbəri təyin edildi.Əvvəlcə kampaniya yaxşı gedirdi. Datis və Artafrenlər Naksos və digər bir neçə adanı fəth etdilər, Eretriya şəhərini yandırdılar və Marafona çatdılar. Farslar üçün Marafon döyüşü məğlubiyyətlə başa çatdı. Asiyaya qayıtdıqdan sonra Artafern öz nüfuzunu qorudu. I Kserksin Yunanistana yürüşü zamanı, yəni Marafon döyüşündən 10 il sonra, lidiyalılar və misiyalılara rəhbərlik edirdi.
II Artakserks
II Artakserks Mnemon (e.ə. 436 – e.ə. 358, Persepolis, Fars ostanı) — 404–359-cu illərdə Əhəmənilər şahənşahı. II Daranın oğlu. Taxta çıxdıqdan sonra Kiçik Asiyanın satrapı olan kiçik qardaşı Kir ilə hakimyyət uğrunda mübarizə aparmışdır. E.ə. 394 ildə Knid şəhəri yaxınlığında Sparta donanmasının darmadağın etmiş, Antalkid sülhünü bağlamışdır. Bununla belə Artakserksin hakimiyyəti dövründə Əhəmənilər dövləti zəifləməyə başlamış, satrapların və yarımasılı tayfaların (kadusilər və b.) üsyanları baş vermişdir.
II Artaksias
II Arşak və ya Arsuk (gürc. არშაკ/არსუკ; ən tezi e.ə. 33 və ən geci e.ə. 30 – ən tezi e.ə. 3 və ən geci 1), latındilli mənbələrdə Artaksias — e.ə. I əsrdə İberiya çarı. Farnavazianlar sülaləsinə mənsub olmuşdur. O, öz hakimiyyətini Romaya münasibətdə müstəqilliyinin təsdiqi və ölkənin daxili işlərinin həlli ilə əsaslandırmışdır. Buna baxmayaraq, onun tənəzzülünə səbəb olan məhz Roma imperiyası və onun erməni müttəfiqləri ilə pis münasibətləri olmuşdur. == Mənşəyi == Gələcək kral Arşak II Mirianın yeganə oğlu olmuşdur.
II Artavazd
II Artavazd — Atropatenanın Atropatidlər sülaləsindən olan hökmdarı. == Həyatı == Atasının ölümündən sonra Roma imperatoru Oktavian Avqustun dəstəyi ilə taxta çıxmışdır. II Artavazdın şərəfinə Romada gümüş sikkə buraxılmışdı. Pulun bir üzündə Avqustun şəkli, o biri üzündə isə "Böyük çar Artavazd" yazısı həkk olunmuşdu. == Həmçinin bax == Atropatena hökmdarı II Ariobarzanın oğludur. I Artavazdın nəvəsidir.
II Artaşes
II Artaşes (e. ə. I əsr və ya bilinmir – e.ə. 20) (arm: Արտաշես II) - Təxminən eramızdan əvvəl 60-cı illərdə anadan olmuş Ermənistanın kralı, II Artavazdın oğlu, Artaşes sülaləsinin nümayəndəsi.[mənbə göstərin]Onun ölümündən sonra Artaşes sülaləsinin və erməni dövlətinin tənəzzülü başlayır.
II Arşuşa
II Arşuşa — Quqark knyazlığının beşinci knyazı. Avarayr döyüşündə iştirak edə bilməmiş, əvəzində döyüşdən sonra Vasak Sünidən əsir saxladığı qaynı Vardan Mamikonyanın qardaşı oğullarını geri almışdır.
водосто́йкость вы́свободиться дво́ица запола́скивать ика́ться ната́чивание сошнико́вый денни́ца зачита́ться зоомо́рфный кочеры́жка мобилизова́ть учрежда́ться водь cotton gin plant Enniskillen forward-looking game plan ideographic Mason-Dixon line rhetoric shucker threnode международник расшевелить